Qaynana

Hadisələr gənc bəstəkar Ayazın ailəsində baş verir. Ayazın anası Cənnətin iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı... Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.

Rejissor: Hüseyn Seyidzadə
Ssenari müəllifləri: Əjdər İbrahimov, Marqarita Maleyeva
Operator: Fikrət Əsgərov
Rəssam: Nadir Zeynalov
Bəstəkar: Tofiq Quliyev
Rollarda: Nəsibə Zeynalova (Cənnət), İnarə Quliyeva (Afət - Zərifə), İlham Namiq Kamal (İlqar), Tanilə Əhmərova (Sevda), Fuad Poladov (Ayaz), Səfurə İbrahimova (Sədaqət), Tələt Rəhmanov (Əli)

İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 10.09.1979
Janr: komediya, musiqili

Mükafatlar:
XII Ümumittifaq Kino Festivalı - bəstəkar Tofiq Quliyevə mükafat (1979, Aşqabad / Türkmənistan)
XII Ümumittifaq Kino Festivalı - aktrisa Nəsibə Zeynalovaya mükafat (1979, Aşqabad / Türkmənistan)