Süd dişinin ağrısı

Hadisələr dəniz kənarındakı kiçik bir qəsəbədə, ana həsrəti ilə böyüyən balaca Kərimin ətrafında cərəyan edir. Kərim doğularkən anası vəfat etdiyi üçün o, daxilən böyük bir günahkarlıq və tənhalıq hissi ilə yaşayır, anasını yalnız şəkillərdən tanıyır. Qəsəbədəki hər kəs, hətta sinif yoldaşları belə uşaqlıq dövrünü geridə qoyub süd dişlərini saldığı halda, Kərimin sonuncu süd dişi hələ də düşməyib. Onun üçün bu diş sadəcə bədənin bir parçası deyil; o, uşaqlıqdan, anasının xatirəsindən və saflıqdan ayrılmağın qorxulu simvoludur. Atasının və böyük qardaşı Səlimin qayğısından uzaq düşən, heç kim tərəfindən başa düşülməyən balaca qəhrəman, həm daxili paroniyaları, həm də gecələr onu yuxusuz qoyan kəskin diş ağrısı ilə təkbaşına mübarizə aparır.