"Baharın oğurlanması" (2023) — "Azanfilm" studiyasının milli folklor motivləri əsasında çəkdiyi Azərbaycan qısametrajlı cizgi filmidir.
Rejissor Aleksandra Şirinovanın ərsəyə gətirdiyi ekran əsəri, şər qüvvələr tərəfindən Bahar fəslinin oğurlanmasından və təbiətin yenidən canlanması üçün onun xilas edilməsi uğrunda aparılan mübarizədən bəhs edir [Azanfilm]. Azər Hacıəsgərlinin nağılvari musiqiləri ilə zəngin olan bu ekran işi, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanmışdır.
